Ucuz qiymətə bazarlıq etmək istəyənlər üçün SEVİNDİRİCİ XƏBƏR

Ucuz qiymətə bazarlıq etmək istəyənlər üçün SEVİNDİRİCİ XƏBƏR
Si̇yahı Foto
Sosial 51

Bakıda "Mövsüm Yarmarkası" fəaliyyətə başlayıb və paytaxt sakinlərinə yerli fermer məhsullarını bazar qiymətlərindən xeyli ucuz almaq imkanı yaradır.

BAKU.WS-in məlumatına görə, yarmarka fermerlərin məhsullarını vasitəçi olmadan birbaşa satmasına şərait yaratdığı üçün qiymətlər minimum səviyyədə saxlanılır.

Məhsulların keyfiyyətinə isə AQTA nəzarət edir.

Yarmarkadakı qiymətlər isə alıcıların ən çox diqqətini çəkən məqamdır. Burada alma 50 qəpikdən başlayır, 3 manatadək yüksəlir ki, bu da bazarlardakı orta qiymətlərdən aşağıdır. Mandarin və feyxoa 70–80 qəpikdən təklif olunur, portağalın qiyməti isə maksimum 2.30 manatdır.

Narın 1.30–4.50 manat intervalında dəyişməsi məhsulun sortuna görə ucuz seçim imkanı yaradır. Soğan və kartofun 40–60 qəpik, xurmanın isə cəmi 50 qəpik olması xüsusilə diqqət çəkir. Karalyok üçün 90 qəpik – 1.20 manat aralığı mövsümün ən sərfəli təkliflərindən sayılır.

Yarmarkada bəzi məhsulların qiymətləri:

Məhsul Qiymət aralığı
Alma 0.50 qəpik – 3 manat
Mandarin 0.70 qəpik – 2 manat
Feyxoa 0.80 qəpik – 2.30 manat
Portağal 1.40 – 2.30 manat
Nar 1.30 – 4.50 manat
Soğan 0.40 – 0.60 qəpik
Kartof 0.90 – 1.10 manat
Xurma 0.50 – 0.60 qəpik
Karalyok 0.90 – 1.20 manat

Orxan Hüseyn

Son xəbərlər