"Tut" restoranında qida məhsulunda uyğunsuzluq aşkarlandı, icraat başlandı
Yeniliklərdən dərhal xəbərdar olun
Bakı şəhəri, Nizami rayonu Ş.Mirzəyev küçəsi, ev 21F ünvanında yerləşən "GK Fish Farm" MMC-yə məxsus "Tut" restoranında yoxlama keçirilib.
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.
Bildirilib ki, baxış zamanı ictimai iaşə müəssisəsində emal olunan "paytaxt" salatından nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. Sınaq nəticəsində məhsulun tərkibindəki E.Coli göstəricisinin miqdarı normativ sənədlərin tələblərinə uyğun olmayıb.
Aşkarlanan nöqsanla əlaqədar restoranda soyuq qəlyanaltıların emalı məhdudlaşdırılıb, vəzifəli şəxsi barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən icraata başlanılıb.
Qalereya
Oxşar xəbərlər
Məktəbdəki insident nəzarətə götürüldü - RƏSMİ
Oktyabrın 28-də 225 nömrəli tam orta ümumtəhsil məktəbində baş vermiş hadisənin media nümayəndələri tərəfindən təhsil müəssisəsinin həyətində işıqlandırılması z...