Türkiyənin ilk astronavtı Azərbaycana gələcək
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyənin kosmosa səyahət edən ilk astronavtı Alper Gezeravcının Azərbaycana səfəri təşkil olunacaq.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Ankarada keçirilən Türk dövlətləri kosmik agentliklərinin üçüncü iclasından sonra Azərbaycan Kosmik Agentliyinin (“Azərkosmos”) İdarə Heyətinin sədri Saməddin Əsədov bildirib.
O deyib ki, Azərbaycanla Türkiyə arasında faydalı əməkdaşlıq sahələrindən biri də kosmos sahəsidir və iki qardaş ölkənin bu sahədəki təcrübələri qarşılıqlı olaraq öyrənilir: “Ötən il Bakıda keçirilən Astronavtika konqresində 2026-cı ildə təşkil ediləcək konfransın məkanı müəyyənləşdirilmişdi. Azərbaycan tərəfinin də dəstəyi ilə Türkiyənin Antalya şəhəri seçildi. Ölkəmiz bu sahədə ciddi təcrübəyə malikdir və türk qardaşlarımıza da tədbirlə bağlı lazım olan köməyi göstərəcəyik”.
Sədr deyib ki, peyk sahəsində Azərbaycan da Türkiyənin təcrübəsindən yararlanmaqdadır: “Məlumdur ki, bu yaxınlarda Türkiyə öz astronavtını orbitə göndərmişdi. Biz onun əldə etdiyi bilik və təcrübə, həmçinin Türkiyə dövlətinin Beynəlxalq Kosmik Stansiyasında həyata keçirdiyi elmi təcrübələrlə bağlı Azərbaycanın müvafiq ali məktəblərinə məlumatlar verməyi nəzərdə tutmuşuq. Bunun üçün də həmin astronavtın Azərbaycana səfərini təşkil edəcəyik".
Oxşar xəbərlər
Dövlət Agentliyinin rəsmisi: “Füzulidə PUA-ların təmiri üzrə texnik hazırlamaq fikrindəyik” - MÜSAHİBƏ
“Artıq yüksək texniki peşə üzrə təhsil alanlar təhsil tələbə kreditləri almaq üçün müraciət edə bilərlər”. BAKU.WS xəbər verir ki, bunu apa-ya müsahibəsində Peş...