Türkiyədən təxliyə edilən Azərbaycan vətəndaşlarının daha bir qrupu Bakıya çatıb - FOTO

Türkiyədən təxliyə edilən Azərbaycan vətəndaşlarının daha bir qrupu Bakıya çatıb - FOTO
Foto
Sosial 81

Türkiyədən Azərbaycan vətəndaşlarını təxliyə edən növbəti avtobus Bakı Beynəlxalq Avtovağzalına çatıb.

BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, sayca səkkizinci reysdə 20 həmvətənimiz ölkəyə qayıdıb.

***11:55

Türkiyədən Azərbaycan vətəndaşlarını təxliyə edən növbəti avtobus Bakı Beynəlxalq Avtovağzalına çatıb.

BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, bu avtobusla 47 nəfər Vətənə qayıdıb. Bu, zəlzələdən sonra Türkiyədən vətəndaşlarımızı təxliyə edən sayca yeddinci avtobusdur.

***07:00

Türkiyədən Azərbaycan vətəndaşlarını təxliyə edən avtobus səhər saatlarında Bakı Beynəlxalq Avtovağzalına çatıb.

BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, 10-TB-307 dövlət nömrə nişanlı avtobusunda 40 nəfər Vətənə qayıdıb. Onların əksəriyyəti tələbədir.

Xatırladaq ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda 7,7, Elbistan rayonunda 7,6 bal gücündə zəlzələdən sonra həlak olanların sayı 17 674 nəfərə çatıb. Yaralıların son açıqlanan sayı isə 72 879 nəfərdir.

Ərazilərdə axtarış-xilasetmə əməliyyatları və insanların təxliyəsi davam edir.

Son xəbərlər