Türkiyədən onlayn geyim alanların sayı xeyli azalıb - SƏBƏB

Türkiyədən Azərbaycana hazır geyim ixracı azalıb.
BAKU.WS xəbər verir ki, yanvar-aprel ayları ərzində Azərbaycana Türkiyədən hazır geyim idxalı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 24,5 faiz azalaraq 15 milyon 565 min 44 dollar təşkil edib. Bu barədə Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.
İqtisadçı Rəşad Həsənov bildirir ki, buna səbəb son dövrlərdə Türkiyədə mövcud olan yüksək inflyasiya mühitidir.
Aprel ayında isə azalma daha çox müşahidə edilib. Belə ki, ötən ay ərzində Azərbaycana Türkiyədən hazır geyim idxalı ötən ilin eyni dövrü ilə müqayisədə 34 faiz azalaraq 2 milyon 950 min 45 dollar təşkil edib. Ekspertlər hesab edir ki, bəzi məhdudiyyətlərin tətbiq edilməsi, qiymətin cəlbedici olmaması müştəriləri alternativ platformalara yönləndirir...
Rəşad Həsənov bildirdi ki, bu hal əslində, ölkə vətəndaşlarının rəqabətli şəraitdə, online ticarət platformaları üzərindən daha əlverişli şərtlərlə daha aşağı qiymətə məhsullar idxal etməsinə şərait yaradır.
Oxşar xəbərlər
Bakıda müəllimlər məktəbdə məclis təşkil ediblər - İDDİA
Bakıda müəllimlər məktəb binasında şəxsi məqsədlər üçün məclis təşkil ediblər. Binəqədi rayonu 182 saylı məktəbdə baş verən hadisə ilə bağlı bir vətəndaş Baku T...
