Türkiyədən gətirilən bəzi qida məhsullarında uyğunsuzluq aşkarlanıb
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyədən gətirilən bəzi qida məhsullarında uyğunsuzluq aşkarlanıb.
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
Qeyd olunub ki, nəzarət tədbirləri çərçivəsində Türkiyədən "Ersağ Azərbaycan" MMC-nin idxal etdiyi, "Ersağ Bitkisel Sağlık Gıda LTD.ŞTI TÜRKİYƏ" müəssisəsinin istehsalı olan ümumi sayı 90 ədəd olmaqla "Ersağ Multivitamin, Kapsul №60" əmtəə nişanlı bioloji aktiv qida məhsulu və "Alfa Nuts" MMC-nin idxal etdiyi, "Sns Gıda Kozmetik Ticaret ve Sanayi LTD ŞTİ" müəssisəsinin istehsalı olan ümumi çəkisi 100 kq olmaqla "Çikolatalı fındık bitter ezmeli Hindistan cevizli" əmtəə nişanlı lokum məhsulu partiyalarından nümunələr götürülüb.
Müayinələr nəticəsində məhsul partiyalarının normativ sənədlərin tələblərinə cavab vermədiyi aşkarlanıb.
Faktla bağlı qəbul edilmiş müvafiq qərar əsasında məhsul partiyaları məhv edilib.
Qalereya
Oxşar xəbərlər
Məktəbdəki insident nəzarətə götürüldü - RƏSMİ
Oktyabrın 28-də 225 nömrəli tam orta ümumtəhsil məktəbində baş vermiş hadisənin media nümayəndələri tərəfindən təhsil müəssisəsinin həyətində işıqlandırılması z...