Türkiyə Dövlət Teatrları Baş İdarəsinin rəisi: “Azərbaycanlı olmağımla qürur duyuram”
18
noy
2023
13:39
“Yaxın zamanda Azərbaycana səfərim olacaq. Azərbaycanla Türkiyə arasında teatr sənətinin inkişafı ilə bağlı, eləcə də çox darıxdığım ata-baba torpaqlarımızı görməyə gedəcəyəm. Əslən azərbaycanlı olmağımla qürur duyuram”.
BAKU.WS xəbər verir ki, bunu “Report”un Ankara bürosuna açıqlamasında Türkiyə Dövlət Teatrları Baş İdarəsinin rəisi Tamer Karadağlı bildirib.
T.Karadağlı Ankarada keçirilən Türkiyə-Azərbaycan 3-cü Müştərək Toplantısını da dəyərləndirib.
“Türkiyə ilə Azərbaycan arasında qurulan əlaqələr qarşıdakı müddətdə daha da yüksələcək. Əməkdaşlıq mübadiləsi davam edir, mədəniyyət sahəsində də həmçinin. Bu baxımdan, toplantı da çox məhsuldar keçdi”, - o vurğulayıb.Oxşar xəbərlər
Tamer Karadağlıdan Azərbaycana dəstək: "Dişə diş, qana qan!" - FOTO
Azərbaycan əsilli aktyor Tamer Karadağlı ölkəmizə dəstək olan türkiyəli məşhurlar sırasında yer alıb. BAKU.WS xəbər verir ki, sənətçi sosial şəbəkədə bununla ba...