Türkiyə-Azərbaycan Universitetinə qəbulun ilkin nəticələri açıqlandı

Türkiyə-Azərbaycan Universitetinə qəbulun ilkin nəticələri açıqlandı
Sosial 105

Türkiyə-Azərbaycan Universitetinə tələbə qəbulunun ilkin nəticələri açıqlanıb.

BAKU.WS "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə Texniki Universitetə rektoru Vilayət Vəliyev öz sosial şəbəkə hesabında yazıb.

O qeyd edib ki, nəticələr gözləniləndən də yüksək olub: “Kompüter mühəndisliyi: ən yüksək nəticə - 684.9, ən aşağı nəticə 641.6, Sənaye mühəndisliyi: ən yüksək nəticə 663.7; ən aşağı nəticə 544.4, Qida mühəndisliyi: ən yüksək nəticə 632.8; ən aşağı nəticə 452.1.”

Qeyd edək ki, Türkiyə-Azərbaycan Universitetinə hələ ki, rektor təyin edilməyib. Sözügedən ali məktəbə rəhbərlik müvəqqəti olaraq Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyevə həvalə olunub.

Xatırladaq ki, Türkiyə-Azərbaycan Universitetinin yaradılması ilə bağlı 2024-cü il fevralın 19-da Azərbaycanın Elm və Təhsil Nazirliyi ilə Türkiyənin Ali Təhsil Şurası arasında Anlaşma Memorandumu imzalanıb. Memorandumu Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev və Türkiyənin Ali Təhsil Şurasının sədri Erol Özvar imzalayıblar.

TAU Bakı Ali Neft Məktəbinin (BANM) Xocalı prospektində yerləşən keçmiş binasında fəaliyyət göstərəcək.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Bakı Ali Neft Məktəbində Məzun Günü - FOTO

Bakı Ali Neft Məktəbində Məzun Günü - FOTO

Bakı Ali Neft Məktəbində (BANM) beşinci dəfə “Məzun günü” keçirilib. BAKU.WS xəbər verir ki, “Məzun günü”ndə SOCAR rəhbərliyinin nümayəndələri, millət vəkilləri...

304 Sosial 19:21 16 iyul 2021

Son xəbərlər