Turistlərin marağı Basqala köçü geri gətirdi, xırda sahibkarlar fəaliyyətə başladı

Turistlərin marağı Basqala köçü geri gətirdi, xırda sahibkarlar fəaliyyətə başladı
Sosial 48

Basqala turistlərə marağı artdıqdan sonra buradan köçmüş əhali yenidən qəsəbəyə qayıdıb.

BAKU.WS xəbər verir ki, bunu Qoruqları İdarəetmə Mərkəzinin İdarə Heyətinin sədri Murad Ağabəyli qurumun tabeliyindəki "Basqal" Dövlət Tarix-Mədəniyyət və "Lahıc" Dövlət Tarix-Mədəniyyət qoruqlarına təşkil edilən mediatur zamanı deyib:

"Turistlərin Basqala marağı artdıqdan sonra buradan köçmüş əhali yenidən Basqala qayıdıb. Hazırda Basqalda 20-dən çox xırda sahibkar turistlərə xidmət göstərir. İnsanlar evlərində, həyətlərində yeməkxana və çay evləri açaraq çalışırlar".

O, həmçinin bildirib ki, ötən dövr ərzində Basqalda evlərin damları tarixi görünüşünə qaytarılıb. İlkin mərhələdə bu istiqamətdə 40 evin damı yenilənib. Həmçinin əhalinin sosial vəz yaxşılaşdırılıb.

Banu Hüseynli

Son xəbərlər