Turistlərin Azərbaycanda xərclədikləri ümumi vəsait açıqlandı

Turistlərin Azərbaycanda xərclədikləri ümumi vəsait açıqlandı
Sosial 106

2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycana turizm məqsədilə səfər etmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin çəkdiyi ümumi xərclər 2 milyard 516 milyon 213 min manat təşkil edib.

BAKU.WS Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, xərclər səfərin məqsədinə görə fərqlənib: işgüzar səfərlər, istirahət və əyləncə, qohum və dostlara baş çəkmək, müalicə, dini ziyarət, mağazalara baş çəkmək, tranzit və digər turizm məqsədləri üzrə paylanıb.

Ən çox xərcləyən ölkələr arasında Rusiya birincidir. Rusiya vətəndaşları ölkədə ümumilikdə 684 milyon 900.9 min manat xərcləyiblər. İkinci yerdə Hindistanlı turistlər qərarlaşıblar - 266 milyon 205.9 min manat xərcləyiblər. Üçüncü yerdə isə 259 milyon 692.4 min manat xərcləməklə Türkiyə vətəndaşları gəlirlər.

Son xəbərlər