Turistlər üçün koronavirus pasportu hazırlana bilər
Yeniliklərdən dərhal xəbərdar olun
Avropa İttifaqı ölkələrinin Turizm nazirləri videokonfrans keçiriblər.
BAKU.WS “Türkiyə qəzeti”nə istinadən xəbər verir ki, Aİ-nin hazırkı sədri Xorvatiyanın Turizm naziri Qari Kappelli iqtisadiyyatın dirçəlməsi üçün turizmin açılmasının zəruri olduğunu söyləyib.
Yunanıstan, İspaniya, Portuqaliya, Fransa, Malta, Kipr, Bolqarıstan və Rumıniya kimi ölkələr bu təklifə müsbət yanaşıblar.
Məlumat üçün bildirək ki, turizm gəlirləri Avropa İttifaqı ölkələrinin illik gəlirlərinin 10 faizini təşkil edir. Bu səbəbdən Aİ ölkələri tezliklə turizmin canlandırılmasını istəyir.
Konfransda iştirak edən nazirlər koronavirusa görə tətbiq edilən karantin rejimlərinin plansız şəkildə açılmasının daha böyük risklərə səbəb olacağını bildiriblər. Qari Kappelli bu riski sığortalamaq üçün turistlərə “Koronavirus pasportu”nun hazırlanmasını təklif edib. Təklifdə qeyd edilib ki, Aİ-yə üzv ölkələrin vətəndaşları səyahətdən öncə koronavirus testindən keçməli və sağlam olduğu haqqında məlumat həmin pasportda qeyd edilməlidir.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) isə hələlik təklifə qarşı çıxır. Təşkilatdan bildirilib ki, koronavirusdan sağalan şəxslərin yenidən bu virusa yoluxub-yoluxmayacağı bilinmir.
Oxşar xəbərlər
Koronavirusa yoluxan Mirvari Fətəliyeva: “Əvvəlki sağlamlığıma hələlik tam olaraq qovuşa bilməmişəm"
“Əvvəlki sağlamlığıma hələlik tam olaraq qovuşa bilməmişəm" BAKU.WS xəbər verir ki, bu barədə Paris Azərbaycan Evinin rəhbəri, Fransada Azərbaycanın Dostları As...