Toy və yaslarda dəbdəbəyə son – İsrafçılığa qarşı yeni TƏKLİFLƏR

Toy və yaslarda dəbdəbəyə son – İsrafçılığa qarşı yeni TƏKLİFLƏR
Video
Sosial 164

Toy və yas mərasimlərində müşahidə olunan israfçılıq ictimai narahatlıq doğurur. Bu məsələ Milli QHT Forumunun təşkil etdiyi ictimai müzakirədə gündəmə gətirilib.

BAKU.WS "Xəzər Xəbər"ə istinadla xəbər verir ki, tədbirdə bildirilib ki, mərasimlərdəki dəbdəbə və israfçılıq adət-ənənələrimizə ziddir və az qala həyat tərzinə çevrilib.

Ekspertlər bu problemin aradan qaldırılması üçün həm maarifləndirmə, həm də hüquqi tənzimləmə yollarını təklif ediblər.

Qeyd olunub ki, hüquqi baxımdan iki yanaşma mümkündür:

- ayrıca normativ-hüquqi aktlarla məsələnin tənzimlənməsi,

- ümumi qanun qəbul edilərək toy və yas mərasimlərində israfın qarşısının alınması.

Konstitusiya Araşdırmaları Fondunun prezidenti Əliməmməd Nuriyev vurğulayıb ki, bu məsələdə şəxsi nümunələr vacibdir: "Yüksəkvəzifəli şəxslər, tanınmış ictimai xadimlər öz mərasimlərini sadə formada təşkil etməklə cəmiyyətə örnək olmalıdırlar".

Ekspertlər bildiriblər ki, mərasimlərə ayrılan vəsait iqtisadiyyatın digər sahələrinə yönəldilə bilər. Məsələn, toy xərclərinin bir hissəsi kiçik biznesin qurulmasına sərf oluna bilər.

Tədqiqatçı Dilqəm Əhməd isə qeyd edib ki, toy və yas mərasimlərində dəbdəbə və israfçılıq son 20-30 ilin məhsuludur:

"Əvvəllər bu qədər dəbdəbəli mərasimlər keçirilmirdi. Tanınmış ictimai xadimlərdən bəziləri hətta vəsiyyətlərində belə israfa yol verilməməsini istəyiblər".

Sonda bildirilib ki, ictimai müzakirədə səslənən bütün təkliflər Milli QHT Forumu tərəfindən ümumiləşdirilərək aidiyyəti qurumlara təqdim ediləcək.

Mövzu ilə bağlı daha ətraflı videomaterial təqdim edirik:

Son xəbərlər