Toy günü qaçırılan gəlindən xəbər var

24
avq
2018
11:54
Salyan rayonunun Qaraçala qəsəbəsində toy günü başqasına qoşulub qaçan gəlinlə bağlı bəzi təfərrüat məlum olub.BAKU.WSxəbər verir ki, Qaracala kənd sakinlərinin aznews.az-a verdiyi məlumata görə, gəlin toydan bir gün əvvəl sevdiyi oğlanla qoşulub qaçıb:“Onlar valideynlərin təkidi ilə nişanlanıb. Aralarında sevgi olmayıb. Amma hər ikisinin sevdiyi olub. Sadəcə valideynlər öz aralarında razılığa gəldiyindən gənclər buna qarşı çıxa bilməyib. Toya bir gün qalmış qız öz istədiyi ilə qoşulub qaçıb. Oğlan da gedib öz sevdiyi qızı götürüb gəlib. Deyiblər ki, sevmədiyinlə yaşayıb əzab çəkməkdənsə, toya bir gün qalmış qoşulub sevdiyinə getmək yaxşıdır. Hər iki tərəf bu evlilikdən razı qalıblar”.Qeyd edək ki, Salyan rayonunda gəlin toy günü başqasına qoşulub qaçıb. Bəy isə toy günü başqa bir gəlin taparaq evinə gətirib.BAKU.WS

Oxşar xəbərlər
Gəlin başqası ilə evdən qaçdı, bəy isə yeni gəlinlə özünə toy etdi — Azərbaycanda ŞOK TOY
Salyan rayonunun Qaraçala qəsəbəsində keçirilən toy mərasimində gözlənilməz hadisə yaşanıb.BAKU.WS "ölkə.az"a istinadən xəbər verir ki, hazırda həmin qəsəbədə t...