Tovuz Azərbaycanın yeni "Gənclər Paytaxtı" elan edilib
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gün Bakıda Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunan Gənclər Forumunda Azərbaycanın növbəti "Gənclər Paytaxtı"nın adı elan edilib.
BAKU.WS report-a istinadən xəbər verir ki, püşkatmanın nəticəsinə əsasən Tovuz 2022-ci il üçün Azərbaycanın "Gənclər Paytaxtı" elan olunub.
Qeyd edək ki, 2012-ci ildən hər il paytaxt Bakı istisna olmaqla, Azərbaycanın şəhər və rayonlarından biri "Gənclər Paytaxtı" elan olunur. Əvvəllər Gəncə, Biləsuvar, Quba, İsmayıllı, Şəmkir, Balakən, Naxçıvan, Şamaxı, Masallı, Göygöl şəhər və rayonları Azərbaycanın "Gənclər Paytaxtı" olmuşdu.
Oxşar xəbərlər
Qurban bayramında heyvan kəsimi və satışı xidmətlərini həyata keçirəcək obyektlər - SİYAHI
2021-ci il iyul ayının 20-21-də qeyd olunacaq Qurban bayramı günlərində qurbanlıq heyvan kəsimi və satışının kütləvi şəkildə toplaşmadan rahat həyata keçirilməs...