Torpaq sahəsi aldı, həyatının şokunu yaşadı: "Evi tikdim, gəlib dedi ki, bura mənimdir" - VİDEO
Abşeron rayonunun Qobu qəsəbəsi, Əliağa Vahid küçəsində yaşayan Mirağa Ağaverdiyev iddia edir ki, 2025-ci ildə bələdiyyənin verdiyi sənədlə torpaq sahəsi alıb və həmin ərazidə tikinti işləri apararaq hasar çəkib.
Şikayətçinin sözlərinə görə, tikinti işləri başa çatdıqdan sonra Qobu sakini Natiq Salahov torpaq sahəsinin ona məxsus olduğunu bildirib və ərazidəki tikilinin sökülməsini tələb edib.
"Bələdiyyədən iki sot torpaq almışam. Sonradan Natiq gəlib dedi ki, yer mənimdir. Məlum oldu ki, həmin sahə hələ 2007-ci ildə ona satılıb. Çəkdiyim xərclərin qarşılanmasını və ya əvəzində mənə başqa torpaq sahəsinin verilməsini tələb edirəm", - deyə o qeyd edib.
Torpaq sahəsinin sahibi Natiq Salahov isə deyir ki, vəziyyətdən xəbərdar olduqdan sonra Mirağa Ağaverdiyevə məsələni qanun çərçivəsində həll edib tikilini sökməsi üçün möhlət verib.
"Bu torpaq sahəsini 2007-ci ildə sənədlə almışam. Yer faktla, sənədlə, sübutla mənimdir", - deyə Natiq Salahov bildirib.
Oxşar xəbərlər
Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətini artırmaq üçün İşçi Qrupu yaradılıb
"Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətinin yüksəldilməsinə və mövcud infrastrukturun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Fəaliyyət P...