Torpağı olub kənd təsərrüfatı ilə məşğul olanlar üçün sosial sığorta haqqı artdı - YENİ QAYDALAR

Torpağı olub kənd təsərrüfatı ilə məşğul olanlar üçün sosial sığorta haqqı artdı - YENİ QAYDALAR
Video
Sosial 36

Mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaq sahələrindən istifadə edən fiziki şəxslər bundan sonra sosial sığorta haqqını əvvəlkindən daha yüksək məbləğdə ödəyəcəklər.

BAKU.WS "Xəzər TV"yə istinadən xəbər verir ki, söhbət digər sahələrdə rəsmi şəkildə işləməyən və məcburi dövlət sosial sığorta haqqı ödəməyən torpaq mülkiyyətçilərindən gedir.

Bildirilib ki, bu ödənişlər vergi xarakteri daşımır. Məqsəd kənd təsərrüfatı ilə məşğul olan şəxslərin sosial təminat sisteminə cəlb edilməsi, onların əmək stajının formalaşdırılması və gələcək pensiya hüquqlarının təmin olunmasıdır.

Qeyd edək ki, dəyişikliklər ailə kəndli təsərrüfatlarında çalışan əmək qabiliyyətli ailə üzvlərinə də şamil edilir. İstisna hallar nəzərə alınmaqla, yeni mexanizm kənd təsərrüfatında çalışan şəxslərin sosial müdafiəsinin gücləndirilməsini hədəfləyir.

Xatırladaq ki, əvvəlki qaydalara əsasən torpaq sahibləri üçün sosial sığorta haqları daha aşağı idi. Belə ki, 5 hektaradək torpaq sahəsi olanlar minimum əməkhaqqının 2 faizi, 5-10 hektar arası torpaq sahibləri 6 faizi, 10 hektardan çox torpaq sahəsi olanlar isə 10 faizi həcmində sosial sığorta haqqı ödəyirdilər.

Yeni qaydalara əsasən isə 5 hektaradək torpaq sahəsi olduqda minimum əməkhaqqının 5 faizi, 5 hektardan 10 hektaradək olduqda 7.5 faizi, 10 hektardan yuxarı olduqda isə 12.5 faizi miqdarında sosial sığorta haqqı ödəniləcək.

Oxşar xəbərlər

Son xəbərlər