"TikTok"er Zəhra ev dustaqlığına buraxıldı
"TikTok"er Zəhra Abbasova ev dustaqlığına buraxılıb.
BAKU.WS Modern.az-a istinadən xəbərb verir ki, Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə onun barəsində seçilmiş həbs-qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilib.
Lakin Nərimanov Rayon Məhkəməsinin qərarı ilə tiktoker barəsində seçilmiş 4 aylıq ibtidai istintaq davam edir.
Xatırladaq ki Zəhra Abbasova bu yaxınlarda polisin sosial şəbəkələrdə əxlaqsızlığın təbliğinə qarşı keçirdiyi əməliyyatla saxlanılmışdı.
Nərimanov Rayon Məhkəməsində keçirilən prosesdə ona qarşı Cinayət Məcəlləsinin 234.1-1-ci (Satış məqsədi olmadan külli miqdarda qanunsuz narkotik vasitələr və ya psixotrop maddələri saxlama və ya daşıma) maddəsi ilə ittiham irəli sürülərək barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilmişdi.
Qeyd edək ki, "TikTok" əməliyyatının istintaqı Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsində aparılır.
Oxşar xəbərlər
Taksi sürücülərindən ŞİKAYƏT: "İki ünvan olanda sifarişi təsdiq etmirlər, avtomobil sürəndə filmə baxırlar"
Şəhər sakinləri taksi xidmətlərindən istifadə zamanı sürücülərin davranışından narazıdırlar. İddialara görə, bəzi taksi sürücüləri sifarişdə iki ünvan göstərild...