Ticarət mərkəzləri mayın 11-dən açılacaq? - RƏSMİ CAVAB
Yeniliklərdən dərhal xəbərdar olun
"Ticarət mərkəzlərinin mayın 11-dən açılması məsələsi bu həftə məlum olacaq. Amma bu günə olan statistika ürəkaçan deyil".
BAKU.WS xəbər verir ki, bunu Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirdiyi brifinqdə Nazirlər Kabinetinin Aparatının Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.
O əlavə edib ki, rayonlarda ticarət mərkəzləri açılsa da, bu, arxayınlaşmağa əsas vermir: "Ticarət və ictimai iaşə müəssisələrində təlimatlara mütləq əməl etmək lazımdır, əks halda neqativ statistika ilə üzləşəcəyik".
Oxşar xəbərlər
İlham Əliyev əfv sərəncamı imzaladı
Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. "BAKU.WS xəbər verir ki, sərəncam dünyada koronavirus (COVİ...