Təzyiq qalxanda qan gəlməsi normal sayılmır - həkimlər xəbərdarlıq edir
Mütəxəssislər bildirirlər ki, yüksək təzyiq zamanı baş ağrısı, ürəkbulanma və qusma tez-tez rast gəlinən simptomlardır. Lakin qusduqda qan gəlməsi normal hesab edilmir və bu hal daxili qanamanın göstəricisi ola bilər.
BAKU.WS xəbər verir ki, tibbi mənbələrin məlumatına görə, belə vəziyyət adətən mədə-qida borusu traktında zədələnmə, xora, damar genişlənməsi (varikoz), mədənin qıcıqlanması və ya iltihabı ilə əlaqələndirilir. Qanlı qusma, həmçinin mədə turşuluğunun güclü artması fonunda baş verə bilər.
Həkimlər xəbərdarlıq edirlər ki, qan qarışıq qusuntu, qara rəngli və ya qəhvə çöküntüsünə bənzər görünüş müşahidə olunarsa, bunu yalnız yüksək təzyiqin nəticəsi kimi qiymətləndirmək olmaz. Bu hal təcili tibbi yardım tələb edən simptomdur.
Mütəxəssislər tövsiyə edir ki, belə hallarda sadəcə təzyiq dərmanı ilə kifayətlənmək düzgün deyil. Pasiyent dərhal həkimə müraciət etməli, daxili qanamanın səbəbi müəyyən olunmalıdır.
Oxşar xəbərlər
Global Media Group 8-ci ildönümünü qeyd edir!
Global Media Group 2017-ci ildən fəaliyyət göstərən media-holdinqdir. Global Media Group-a Azərbaycanda və ölkə xaricində fəaliyyət göstərən televiziya kanallar...