Tezliklə daha təkmil "Bakıkart" proqramı istifadəyə veriləcək - RƏSMİ
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanda yaxın günlərdə daha təkmil "Bakıkart" proqramı istifadəyə veriləcək.
BAKU.WS xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Elmin Məmmədov Bakıda keçirilən "Gələcək üçün dayanıqlı nəqliyyat" adlı tədbirdə bildirib.
O əlavə edib ki, bu proqram Bakıda ictimai nəqliyyatdan istifadənin əlçatanlığını, təmassız ödənişi təmin edəcək, avtobusların real vaxt rejimində izlənməsinə imkan verəcək:
"Azərbaycanda son dövrlərdə onlayn bilet alışı, parkinq və digər bu tipli sahələr üzrə layihələr hazırlanıb, mobil tətbiqlər istifadəyə verilib. Dayanıqlı inkişafı təmin etmək üçün nəqliyyatın bütün infrastrukturunun yenilənməsi işləri həyata keçirilir".
Oxşar xəbərlər
Sabah bir rayonda qaz olmayacaq
Sabah Ağdaş rayonunun bir sıra ərazilərində qaz təchizatında fasilə yaranacaq. BAKU.WS xəbər verir ki, bu barədə Ağdaş Rayon İcra Hakimiyyəti məlumat yayıb. Bil...