Təhsil Nazirliyindən məktəblərdə dərslərin dayandırılması ilə bağlı YENİ AÇIQLAMA

Təhsil Nazirliyindən məktəblərdə dərslərin dayandırılması ilə bağlı YENİ AÇIQLAMA
Sosial 5456

“Martın 3-dən 9-dək bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılması qərarı tək şagirdlərə deyil, eləcə də pedaqoji kollektivə də aiddir”.

BAKU.WS “Report”a istinadla xəbər verir ki, bunu Təhsil nazirinin müşaviri Elnur Məmmədov deyib.

O qeyd edib ki, qərar bütün dövlət və özəl ümumtəhsil müəssisələrinə, ali və orta ixtisas təhsili, peşə müəssisələri və məktəbdənkənar fəaliyyətlə məşğul olan bütün təhsil ocaqlarına aiddir.

Nazirin müşaviri əlavə edib ki, bu müddət ərzində tibbi-profilaktik, denizfeksiyaedici və digər qabaqlayıcı tədbirlər daha intensiv aparılacaq:

“Əksər təhsil ocaqlarında artıq prosesin bitməsi nəzərdə tutulub. Martın 10-dan təhsil müəssisələrində tədrisin davam etdirilməsi nəzərdə tutulur. Həmin gün bütün təhsil müəssisələri üzrə mövcud vəziyyət barədə əlavə məlumat veriləcək. Zərurət olduğu təqdirdə bəzi təhsil müəssisələrində həmin işlər davam etdiriləcək”.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Dərsliklərin hazırlanması qaydası müəyyənləşdi - 100 ballıq şkala olacaq

Dərsliklərin hazırlanması qaydası müəyyənləşdi - 100 ballıq şkala olacaq

Nazirlər Kabineti "Ümumi təhsil müəssisələri üçün dərsliklərin, dərs vəsaitlərinin və digər tədris-metodik vasitələrin hazırlanması Qaydası"nı təsdiqləyib. Nazi...

3852 Sosial 21:33 26 fevral 2020

Son xəbərlər