Təhsil Nazirliyində 2 yeni təyinat olub

Təhsil Nazirliyində 2 yeni təyinat olub
Sosial 959

Təhsil naziri Ceyhun Bayramovun müvafiq əmri ilə Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Aydın Əhmədov Təhsil İnstitutunun direktor müavini təyin edilib.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, Nazirliyin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri vəzifəsinə isə bundan əvvəl Təhsil İşçilərinin Peşəkar İnkişaf İnstitutunun direktoru vəzifəsində çalışan Vəfa Yaqublu təyin olunub.

Bundan əlavə, Təhsil nazirinin əmri ilə nazirliyin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri vəzifəsində çalışan Emin Əmrullayev Təhsil İnstitutunun direktoru vəzifəsinə təyin olunub. Təhsilin inkişafı proqramları şöbəsinin müdiri vəzifəsi isə bu şöbənin müdir müavini vəzifəsində çalışan Nərminə Hüseynovaya həvalə olunub.

Oxşar xəbərlər

Nazirlikdə yeni TƏYİNAT - FOTO

Nazirlikdə yeni TƏYİNAT - FOTO

Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat olub.BAKU.WS xəbər verir ki, jurnalist Vüqar Hüseynov Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəs...

1023 Sosial 12:16 07 yanvar 2019

Son xəbərlər