Təhsil naziri müharibədə zərər çəkən məktəbin "Son zəng" tədbirində iştirak edir - FOTO

Təhsil naziri müharibədə zərər çəkən məktəbin Son zəng tədbirində iştirak edir - FOTO
Foto
Sosial 169

Təhsil naziri Goranboy rayonu, Tapqaraqoyunlu kənd tam orta məktəbində keçirilən "Son zəng" tədbirində iştirak edir.

BAKU.WS "report"a istinadən xəbər verir ki, 21 şagirdin məzun olduğu məktəb Vətən müharibəsinə qədər cəbhə xəttində yerləşdiyi üçün mütəmadi olaraq ermənilərin atəşinə məruz qalıb.

Vətən müharibəsi zamanı döyüş meydanında uduzduğunu anlayan ermənilər mülki obyektlərə, yaşayış evlərinə və dinc əhaliyə qarşı terror aktları həyata keçirib.

Bu zaman Tapqaraqoyunlu kənd tam orta məktəbinə də erməni terrorçularının ağır artilleriyadan açdığı atəşlərlə zərər dəyib.

Goranboy rayon Tapqaraqoyunlu kəndinə səfər edən təhsil naziri Emin Əmrullayev "Son zəng" tədbirindən sonra məktəbin Vətən müharibəsi zamanı zərər görən siniflərinə də baxış keçirəcək.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər