Təhsil İdarəsinin müdiri valideynlərin imzaladığı iltizamdan danışdı - ÖZƏL
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda ümumtəhsil məktəblərində pandemiya dövrü dəsrlərin keçirilməsində böyük təcrübə yarandı.
Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva BAKU.WS-ə özəl açıqlamasında bildirib. Onun sözlərinə görə, artıq təhsil sistemimiz buna adaptasiya olunub.
“Məktəb nizam-intizamın təşkil olunduğu məkandır. İlk əvvəllər müəyyən çətinliklər yaransa da, pandemiyadan sonra təcrübə yarandı.
Şagird, müəllim kollektivi bu prosesə çox rahat adaptasiya olub. Onlar Nazirlər Kabinetinin təlim-tərbiyə prosesinin təşkili ilə bağlı müvəqqəti qaydaları tam mənada təmin edirlər”, - deyə Mehriban Vəliyeva bildirib.
Qurum rəhbəri bildirir ki, hazırda Bakıda bütün məktəblərdə təhsil yüksək səviyyədə təşkil olunub.
“İstənilən məktəbdə bunu yoxlamaq mümkündür. Bakı şəhər Təsil İdarəsinin əməkdaşları da bunu mütəmadi olaraq yoxlayırlar. Monitorinqlər keçiririk. Bütün qaydalara əməl olunur”.
Mehriban Vəliyeva onu da vurğulayıb ki, şagirdlərin də dərslərə marağı yüksək səviyyədədir:
“Övladının səhhətinə görə narahat olan valideynlər iltizam sənədi imzalaya bilərlər. Hazırda bu say çox deyil. Bakının ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin 10 faizinin valideyni bu sənədə imza atıb.
Ola bilər ki, indi Bakı şəhərində əyani təhsil təzə başladığına görə, say hələ azdır. Bu sənədi imzalayan valideynlər başa düşürlər ki, buna görə məsuliyyət daşıyırlar. Çünki əyani tədrisdən imtina edirlərsə, virtual məktəbdən və teledərslərdən istifadə edərək uşaqların müstəqil dərslərə cəlb edilməsini öz öhdəliklərinə götürürlər.
Teledərslərə nəzarət edə bilmirik. Amma qiymətləndirmələr onu göstərir ki, şagirdlər tədris prosesindən o qədər də geri qalmayıblar. Hazırda tədris prosesinə başlanılıb. Diaqnostik qiymətləndirmələr aparılacaq. Müqayisələr ediləcək. Bundan sonra tədrisin pandemiyadan sonra hansı səviyyədə olduğunu tam dəqiq demək olar”.
Oxşar xəbərlər
Heydər Əliyev Fondunun inşa etdiyi məktəblərin açılışı olub - FOTO
2020-2021-ci tədris ilində Heydər Əliyev Fondunun dəstəyi ilə respublikanın müxtəlif bölgələrində yeni inşa və əsaslı təmir olunan məktəb, eləcə də məktəbəqədər...