Tehranda "qara yağış": Qonşu ölkədəki çirkli havanın Azərbaycana təsiri var?
İrandakı mövcud vəziyyətlə bağlı Tehrana "qara yağış" lar yağır. Yağışın qara çöküntülərlə müşahidə olunması isə ciddi müzakirələrə səbəb olub.
BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, ekoloqların sözlərinə görə, şəhərdəki yüksəksəviyyəli çirklənmə nəticəsində yaranan bu yağış tərkibində zəhərli maddələr daşıyır, dəri və tənəffüs yolu xəsətlikləri yaradır, içməli suları zəhərləyir.
Mütəxəssislərin bildirdiyinə görə, mövcud hava şəraiti yaxın günlərdə Mərkəzi Asiya ölkələri, Çin, Pakistan və Əfqanıstan ərazilərinə doğru hərəkət edəcək.
Bəs Azərbaycan üçün hər hansısa təhlükə varmı?
Milli Hidrometeorologiya Xidməti rəisinin müavini Gülnarə Abbasova deyib ki, hazırda ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti regionda formalaşan sinoptik proseslərlə bağlıdır.
Onun sozlərınə görə, mövcud şəraitlə əlaqədar, mütəmadi olaraq ölkə ərazisində aparıcı hava axınları qiymətləndirilir, həmçinin yerüstü hava keyfiyyəti stansiyaları, eyni zamanda, meteoroloji stansiyanın məlumatları təhlil edilir. Təyin olunan çirkləndiriciərdə heç bir dəyişiklik izlənilmir.
Oxşar xəbərlər
Vətəndaş xəbəri olmadan adına 6000 manatlıq məişət texnikası götürülüb
Vətəndaşın özünün xəbəri olmadan adına onlayn formada məişət texnikaları sifariş verilib, həm də düz altı min manatlıq. BAKU.WS Xəzər TV-yə istinadən xəbər veri...