Təhlükəli hava şəraitində vətəndaşlar azyaşlılarla birgə dənizdə çimirlər
Yeniliklərdən dərhal xəbərdar olun
Küləkli hava şəraiti ilə əlaqədar Xəzər dənizində dalğaların hündürlüyünün artacağı gözlənilir.
Fövqəladə Hallar Nazirliyi və Milli Hidrometeorologiya Xidməti əhaliyə küləkli havada dənizə girməmək və çimərliklərdə ehtiyatlı olmaq barədə xəbərdarlıq edib.
Buna baxmayaraq, Bilgəh qəsəbəsində nəzarət olunmayan sahildə böyüklərin və azyaşlı uşaqların dənizdə çimdiyi müşahidə olunur.
Baku TV-nin ərazidə olan əməkdaşının sözlərinə görə, həmin sahə rəsmi çimərlik deyil. Burada xəbərdaredici lövhələr, xilasedicilər və aidiyyəti qurumların əməkdaşları yoxdur.
Vətəndaşlar isə bütün təhlükələrə baxmayaraq, azyaşlı uşaqlarla birlikdə dənizə girirlər.
Oxşar xəbərlər
Məktəbdəki insident nəzarətə götürüldü - RƏSMİ
Oktyabrın 28-də 225 nömrəli tam orta ümumtəhsil məktəbində baş vermiş hadisənin media nümayəndələri tərəfindən təhsil müəssisəsinin həyətində işıqlandırılması z...