Tədris Cərrahiyyə Klinikasının direktoru vəzifəsinə türkiyəli mütəxəssis təyin olunub
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gün Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasına yeni direktor təyinatı olub.
Bu barədə BAKU.WS-ə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Səhiyyə nazirinin əmri ilə türkiyəli mütəxəssis, Adnan Menderes Universiteti Tibb fakültəsinin təcili tibbi yardım kafedrasının dosenti Mücahit Avcil klinikanın direktoru təyin edilib.
Yeni direktoru səhiyyə nazirinin müavinləri İlqar Qasımov, Rasim İsmayılov və ATU-nun rektoru, professor Gəray Gəraybəyli kollektivə təqdim edib.
Xatırladaq ki, bunadək klinikanın direktoru professor Surxay Hadıyev idi.
Oxşar xəbərlər
Polad Həşimovun qızına tələbə bileti təqdim edildi - FOTO
Şəhid Milli Qəhrəman, general-mayor Polad Həşimovun qızı Aybəniz Həşimova Azərbaycan Tibb Universitetində təhsil alacaq. BAKU.WS xəbər verir ki, bu gün ATU-nun...