Təcili yardım sürücülərinin maaşlarına əlavələr ödəniləcək
Yeniliklərdən dərhal xəbərdar olun
Təcili və təxirəsalınmaz tibbi yardım stansiyalarında avtomobil sürücülərinə peşəkarlıq səriştəsindən və işgüzar keyfiyyətlərindən asılı olaraq əlavələr ödəniləcək.
BAKU.WS İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə istinadən xəbər verir ki, bu, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydası”na edilən dəyişiklikdə əksini tapıb.
Birinci sinif avtomobil sürücülərinə tarif (vəzifə) maaşının 25 faizi, ikinci sinfə isə tarif (vəzifə) maaşının on faizi miqdarında əlavə ödəniləcək.
Qeyd edək ki, avtomobil sürücülərinə ixtisas siniflərinin verilməsi zamanı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 30 mart 2015-ci il tarixli 3 nömrəli Qərarı ilə təsdiq edilmiş “Avtomobil sürücülərinə ixtisas sinfinin verilmə Qaydaları”nın tələbləri rəhbər tutulacaq.
Oxşar xəbərlər
Maaşınızdan tutulan pula görə klinikalarda bu tibbi xidmətlərdən istifadə edə biləcəksiniz - RƏSMİ
Artıq yanvar ayından etibarən “Tibbi sığorta haqqında” qanuna əsasən, ölkə üzrə dövlət və özəl sektorda çalışanlardan icbari tibbi sığorta haqlarının toplanılma...