TƏBİB şəkərli diabet xəstələrinə verilən dərmanların gecikməsinə aydınlıq gətirib

TƏBİB şəkərli diabet xəstələrinə verilən dərmanların gecikməsinə aydınlıq gətirib
Sosial 18

TƏBİB şəkərli diabet xəstələrinə verilən dərmanların gecikməsinə aydınlıq gətirib.

BAKU.WS report-a istinadən xəbər verir ki, TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova jurnalistlərə açıqlamasında bildirib ki, hazırda modul tipli yeni layihə üzərində iş aparılır.

Onun sözlərinə görə, həmin layihə gələcəkdə dərman preparatlarının təminatı, pasiyent məlumatlarının idarə olunması və proseslərin elektronlaşdırılması istiqamətində daha səmərəli məlumatlandırma və koordinasiya imkanlarının yaradılmasını nəzərdə tutur.

TƏBİB rəsmisi qeyd edib ki, layihə çərçivəsində ölkə üzrə bütün şəkərli diabet xəstələri siyahıya alınır:

"Hazırda şəkərli diabet xəstələrinin mütəmadi müayinəsi, dispanser qeydiyyat məlumatlarının yenilənməsi və xəstələrin vəziyyətinə nəzarətin gücləndirilməsi prosesi aparılır. Əldə edilən nəticələr yeni şəkərli diabet xəstələrinin elektron registrinə (şəkərli diabet modulu) inteqrasiya olunur. Bu da xəstələrin tibbi məlumatlarının vahid elektron mühitdə izlənilməsini və idarə edilməsini təmin edəcək".

Son xəbərlər