TƏBİB-in tabeli tibb müəssisələrinə yeni rəhbər şəxslər təyin olunub

TƏBİB-in tabeli tibb müəssisələrinə yeni rəhbər şəxslər təyin olunub
Foto
Sosial 74

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeli tibb müəssisələrinə yeni rəhbər şəxslər təyin olunub.

Bu barədə BAKU.WS-ə TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, Yeni Klinikaya Tibb üzrə fəlsəfə doktoru, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının prorektoru Vəzirova Zəhra Şamil qızı (2023–2025-ci illər ərzində Azərbaycan Respublikasının Reanimotoloqlar və Anestezioloqlar Cəmiyyətinin (AzRAC) İdarə Heyətinin sədri vəzifəsində fəaliyyət göstərib), Mərkəzi Neftçilər Xəstəxanasına əməkdar həkim, tibb üzrə fəlsəfə doktoru Xəlilov Zaur Bəhmən oğlu (2012-ci ildən hazırkı təyinatınadək Cərrahiyyə üzrə baş həkim müavini vəzifəsində çalışıb) direktor təyin edilib.

Bundan başqa Abşeron Rayon Mərkəzi Xəstəxanasına Lətifov Hacı Məhəmmədoviç (2025-ci ildən hazırkı təyinatınadək Zaqatala Rayon Mərkəzi Xəstəxanasında direktorun cərrahi xidmətlər üzrə müavini vəzifəsində çalışıb), Kliniki Tibbi Mərkəzə Əməkdar həkim, tibb elmləri üzrə fəlsəfə doktoru Abbasov Musa Qara oğlu (2020-ci ildən hazırkı təyinatadək Mərkəzi Neftçilər Xəstəxanasının direktoru vəzifəsində çalışıb) direktor vəzifəsinə gətirilib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər