TƏBİB-in direktoru: Xəstəxana İdarəetmə Sisteminin təkmilləşdirilməsi üzərində işlər aparılır

Xəstəxana İdarəetmə Sisteminin təkmilləşdirilməsi üzərində işlər aparılır.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov Səhiyyə İdarəçiləri Zirvəsində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bu sistemin təkmilləşdirilməsi və tətbiq dairəsinin genişləndirilməsi istiqamətində önəmli addımlar atılır və bu proses gələcəkdə də davam etdiriləcək.
V.Qurbanov bildirib ki, TƏBİB tabeli tibb müəssisələrində səhiyyənin rəqəmsallaşdırılması ilə pasiyentlər arasında sıxlığı minimuma endirmək üçün canlı və onlayn növbə sistemləri təşkil olunub:
"Onlayn növbə sistemi pilot olaraq Yeni Klinikada tətbiq olunur və daha 5 tibb müəssisəsində isə hazırlıq prosesi davam edir. Bu il ərzində vətəndaşlar 1 milyondan çox canlı növbə, 80 minə yaxın isə onlayn növbə xidmətindən istifadə edib".
O vurğulayıb ki, günün tələblərinə uyğun olaraq sağlamlıq, tibbi turizm imkanları, dövlət-özəl tərəfdaşlığı çərçivəsində əməkdaşlıq modelləri üzərində işlər aparılır.
Oxşar xəbərlər
Reklam bazarında yeni MÜBARİZƏ: "Kimsə pul qazanmalıdır deyə camaat zəhərlənməlidir?!"
"Televiziyalar vasitəsilə tanıdılan bir çox məhsul, tikinti işi, avtomobil şirkətləri daim bazarda rəqabət üstünlüklərini əlində saxlayaraq böyük paya sahib olu...
