TƏBİB-dən xəstəxana rəhbərlərinə xüsusi tapşırıq - FOTO

TƏBİB-dən xəstəxana rəhbərlərinə xüsusi tapşırıq - FOTO
Foto
Sosial 292

Bu gün TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı və Tibbi Qərargahın üzvləri ölkədə müəyyən edilmiş pandemiya xəstəxanalarının rəhbərləri ilə videokonfrans keçirib.

TƏBİB-dən BAKU.WS-ə verilən məlumata görə, videokonfransda xəstəxana rəhbərlərinin iş prosesində üzləşdiyi problemlər və təkliflər dinlənilib və həlli istiqamətində müzakirələr, eyni zamanda, ağır koronavirus xəstələrinin müalicəsi istiqamətində təcrübə mübadiləsi aparılıb.

Daha sonra TƏBİB rəhbərliyi tərəfindən zəruri tapşırıqlar və tövsiyələr verilib. Bu görüşlərin mütəmadi keçirilməsi barədə qərar qəbul edilib.

Son xəbərlər