TƏBİB-dən tibb işçilərinin əməkhaqları ilə bağlı YENİ AÇIQLAMA
Yeniliklərdən dərhal xəbərdar olun
"TƏBİB-in tabeliyində olan tibb işçilərinin qiymətləndirilməsi üçün yeni əməkhaqqı qaydaları hazırlanıb”.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Maliyyə departamentinin məsul əməkdaşı Yadigar Mahmudzadə deyib.
O bildirib ki, ötən ilin yanvarından bu qaydalar tətbiq olunur: “Tibb işçilərinin əmək haqlarının hesablanması vəzifə maaşından, əlavələrdən asılıdır. Əlavələr müxtəlifdir. Həvəsləndirici əlavələr sabit və əməyin nəticələrinə görə tətbiq olunur.
Sabit əlavələr müəyyən vəzifələrə bağlıdır. Bəzi həkim ixtisasları var ki, ay ərzində göstərdikləri xidmət nəticəsində bonus şəklində əlavə alırlar.
Bəzən həvəsləndirici əlavələr qat-qat çox olur. Bu da həkimin göstərdiyi xidmətin sayından asılı olur”.
Oxşar xəbərlər
Maaşınızdan tutulan pula görə klinikalarda bu tibbi xidmətlərdən istifadə edə biləcəksiniz - RƏSMİ
Artıq yanvar ayından etibarən “Tibbi sığorta haqqında” qanuna əsasən, ölkə üzrə dövlət və özəl sektorda çalışanlardan icbari tibbi sığorta haqlarının toplanılma...