"Tarixdə ilk qurbanı Qabil təklif edib" - İlahiyyatçıdan maraqlı faktlar

Tarixdə ilk qurbanı Qabil təklif edib - İlahiyyatçıdan maraqlı faktlar
Video
Sosial 38

Baku TV-nin "Amin" verilişinin yeni buraxılışında ilahiyyat üzrə fəlsəfə doktoru Məmmədəli Babaşlı ilə islam əxlaqı və qurban ibadətinin mahiyyəti müzakirə olunub.

İlahiyyatçı ilk peyğəmbər Həzrət Adəmin və digər bütün elçilərin din baxımından müsəlman sayıldığını qeyd edib: "İslam anlayışına görə, hər bir uşaq islam fitrəti, yəni pak yaradılış üzərində doğulur. Sadəcə olaraq fərdin böyüdüyü mühit onu ya bu dinə uyğun həyata alışdırır, ya dinsizliyə yönəldir, ya da başqa inanclara mənsub edir".

Tarixdəki ilk qurban ayininə toxunan Məmmədəli Babaşlı bunu Adəm peyğəmbərin oğlu Qabilin təklif etdiyini söyləyib: "Qurban kəsməyi ilk dəfə Qabil təklif edib. O, "Allah kimin qurbanını qəbul edərsə, evlilik məsələsində üstünlük ona verilsin" deyib. Lakin qurbanı qəbul edilməyincə paxıllıq hissinə qapılaraq qardaşını öldürmək qərarına gəlib".

M.Babaşlı qurban ayininin ən kamil nümunəsinə Həzrət İbrahim və Həzrət İsmayılın timsalında rast gəlindiyini diqqətə çatdıraraq İbrahim peyğəmbərin başlatdığı bu müqəddəs ənənənin hazırda müsəlmanlar üçün "sünnə" hökmündə olduğunu bildirib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər