Tanınmış hotelin mənimsəmədə ittiham olunan xəzinədarı azadlığa buraxıldı

"Badamdar Hotel" Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) məxsus "Badamdar Hotel & Residences"də külli miqdarda mənimsəmədə təqsirləndirilən sabiq baş xəzinədar Dünyamalı Qarayevin barəsində hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim İbrahim İbrahimlinin sədrliyi ilə keçirilən prosesdə yekun qərar elan olunub.
Qərar əsasən, Dünyamalı Qarayev barəsində təyin edilmiş cəza azaldılaraq 6 ilə endirilib. Onun cəzası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə 2 il sınaq müddəti seçilməklə şərti hesab olunub və o, məhkəmə zalında azadlığa buraxılıb.
Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi.
Qeyd edək ki, istintaqla Dünyamalı Qarayevin həmin MMC-nin baş xəzinədarı vəzifəsində işləyərkən vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi, rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edərək vəzifə saxtakarlığı etməsi və təqdim olunan vəsaitlərin müəssisənin xəzinəsinə mədaxil edilməməsi yolu ilə ona etibar olunmuş ümumilikdə 163 min manatdan artıq pul vəsaitini mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.
Ona qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə, külli miqdarda) maddəsi ilə ittiham irəli sürülüb.
Oxşar xəbərlər
Bakıda vətəndaşlara 28 min manatlıq dələduzluq edilib
Bakının Nəsimi və Nizami rayonlarında dələduzluq edən şəxslər saxlanılıblar. Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, Nəsi...
