Taleh Qaraşov müavinini VƏZİFƏSİNDƏN AZAD ETDİ
Yeniliklərdən dərhal xəbərdar olun
Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini Aqil Dadaşov vəzifəsindən azad olunub.
BAKU.WS İqtisadiyyat.az-a istinadla xəbər verir ki, bununla bağlı icra başçısı Taleh Qaraşov müvafiq əmr imzalayıb.
Buna səbəb onun indiyədək icra etdiyi "Başçının müavini - Şəhər təsərrüfatı şöbəsinin müdiri" vəzifəsinin ləğv olunmasıdır.
Aqil Dadaşovun vəzifəsinin ləğv edilməsinə baxmayaraq, icra başçısının digər əmri ilə, o, yeni yaradılan Sənəd dövriyyəsi, vətəndaş müraciətləri və inzibati işlər şöbəsinin müdiri postuna təyin edilib.
Qeyd edək ki, A.Dadaşov 2024-cü ildən başçının müavini vəzifəsində çalışırdı.
Oxşar xəbərlər
Məktəbdəki insident nəzarətə götürüldü - RƏSMİ
Oktyabrın 28-də 225 nömrəli tam orta ümumtəhsil məktəbində baş vermiş hadisənin media nümayəndələri tərəfindən təhsil müəssisəsinin həyətində işıqlandırılması z...