Taksilərin hava limanına girişi QADAĞAN OLUNACAQ? - RƏSMİ

Yayılan məlumatlara görə, sentyabrın 8-dən etibarən Heydər Əliyev Beynəlxalq Aeroportundan onlayn taksi sifarişi vermək mümkün olmayacaq və yalnız "London taksiləri" işləyəcək.
Bəs görəsən, bu məsələnin reallıq payı nə yerdədir?
BAKU.WS xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportundan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda sərnişinlərin rahatlığını və xidmət səviyyəsini daha da yüksəltmək məqsədilə taksi xidmətlərinin təkmilləşdirilməsi istiqamətində işlər aparılır.
Məlumatda qeyd olunub ki, taksilərin hava limanı ərazisinə giriş və çıxışına hər hansı məhdudiyyət tətbiq olunmur:
"İctimaiyyət görüləcək işlərlə bağlı yeniliklər baş verdikcə rəsmi şəkildə məlumatlandırılacaq".
Oxşar xəbərlər
Qaraqaşlı kəndinin sakinləri: "Qazsız evlərdə qalmışıq"
Neftçala rayonu, Qaraqaşlı kəndinin sakinləri uzun illərdir mavi yanacağa çıxışın olmamasından şikayətlənirlər. Sakinlərin sözlərinə görə, evlərin yaxınlığına x...
