Taksi xidmətindən istifadə edərkən nələrə diqqət yetirməlisiniz?

Taksi xidmətindən istifadə edərkən nələrə diqqət yetirməlisiniz?
Foto
Sosial 72

Şəhərlərdə artan nəqliyyat sıxlığı və şəxsi avtomobildən istifadənin yaratdığı çətinliklər fonunda paylaşılan mobillik həlləri getdikcə daha populyarlaşır. Şəxsi avtomobillə hərəkət etmək getdikcə daha stressli və baha başa gəldiyi üçün bir çox insan daha rahat və əlçatan alternativ kimi taksi sifariş etməyə üstünlük verir. Bu həllər arasında taksi xidmətləri gündəlik həyatın ayrılmaz hissəsinə çevrilib.

Bəs taksi sifarişi zamanı təhlükəsizliyinizi necə qoruya bilərsiniz? Bolt tətbiqi vasitəsilə səfər edərkən diqqət yetirməli olduğunuz əsas məqamları təqdim edirik.

- İlk növbədə, avtomobilə əyləşməzdən əvvəl tətbiqdə göstərilən sürücü və avtomobil məlumatlarını yoxlamağı unutmayın. Sürücünün adı, şəkli, avtomobilin markası və qeydiyyat nömrəsi mütləq uyğun olmalıdır. Bu, vacibdir, çünki Bolt platformasında sürücülər müvafiq tələblərə cavab verməli və müəyyən yoxlamalardan keçməlidirlər - aşağı reytinqə malik sürücülər və ya təhlükəsizlik standartlarına cavab verməyən avtomobillər platformada uzun müddət fəaliyyət göstərə bilmir.

- Daha təhlükəsiz səfər üçün tətbiqdə "Təhlükəsizlik" bölmısində mövcud olan Pickup code (Gedişin təsdiq kodu) funksiyasını aktivləşdirə bilərsiniz. Bu halda səfər yalnız kodu sürücüyə təqdim etdikdən sonra başlayır.

- Səfər zamanı "Səfəri paylaş" funksiyası vasitəsilə marşrutunuzu yaxınlarınızla bölüşmək də əlavə təhlükəsizlik təmin edir.

- Hər hansı narahatlıq yarandıqda tətbiqdəki hlükəsizlik düyməsi vasitəsilə sürətli şəkildə dəstək ala bilərsiniz. Əgər yol-nəqliyyat hadisəsi baş verərsə, dərhal dəstək xidməti ilə əlaqə saxlamaq vacibdir.

Həm sərnişinlər, həm də sürücülər hər hansı şübhəli və ya qeyri-etik davranışla qarşılaşdıqda bunu mütləq tətbiq üzərindən bildirməlidirlər. Bu, platformanın daha təhlükəsiz olması üçün vacibdir.

Qeyd edək ki, sürücülər mütəmadi olaraq yol təhlükəsizliyi və davranış qaydaları ilə bağlı məlumatlandırılır və bu istiqamətdə davamlı kommunikasiya aparılır.

Nəzərə alaq ki, daha təhlükəsiz səfərlər hər kəsin birgə diqqəti və məsuliyyəti ilə mümkündür.

Son xəbərlər