Şuşada yeni yaşayış binaları TİKİLƏCƏK - 16 milyonluq LAYİHƏ
Şuşa şəhərində genişmiqyaslı bərpa və yenidənqurma işləri çərçivəsində daha bir mühüm layihənin icrasına start verilir.
BAKU.WS-in məlumatına görə, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi şəhərin D-5 massivində 1-ci mərhələdə yeni çoxmənzilli yaşayış binalarının tikintisini həyata keçirəcək.
Satınalmanın ehtimal olunan məbləği 15 milyon 970 min manat təşkil edir.
Qeyd edək ki, Şuşa şəhərinin D-5 massivində yerləşəcək 6 ədəd (1,2,3,4,5 və 6 saylı) 4 mərtəbəli yaşayış binasının tikintisini baş tutacaq.
Bu layihənin icrası Şuşanın sürətli bərpası və şəhərin yeni sakinlər üçün əlçatan, müasir yaşayış məkanına çevrilməsi baxımından böyük əhəmiyyət daşıyır. Yeni 6 yeni çoxmənzilli bina şəhərə qayıdacaq sakinlər üçün təhlükəsiz və rahat yaşayış şəraiti təmin edəcək.
Oxşar xəbərlər
Azərbaycanda 17 məscidə imam axtarılır
İslam dininə aid ibadət yerlərində vakant vəzifələrin tutulması üçün müsahibə elan edilib. Bu barədə BAKU.WS-ə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən məlum...