Şuşada YENİ LAYİHƏ - Yarım milyonluq tender elan edildi
Şuşa şəhərində D-11 yaşayış massivində abadlıq və mühəndis-kommunikasiya sistemlərinin təkmilləşdirilməsi istiqamətində növbəti addım atılır.
BAKU.WS-in məlumatına görə, bu məqsədlə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi tərəfindən yeni tender elan edilib.
Tender D-11 yaşayış massivində yağış suyu borularına, bağça sulama sisteminə, su axıdan borulara, eyvanlara, sahədaxili pilləkənlərə və bina girişlərinə aid işlərin satınalınmasını əhatə edir. Layihənin ehtimal olunan ümumi dəyəri 452 min 701 manat təşkil edir.
Tenderin keçirilməsində məqsəd D-11 massivində infrastrukturun müasirləşdirilməsi, yağış sularının səmərəli idarə olunması və binaların giriş hissələrinin təhlükəsizliyinin artırılmasıdır.
Oxşar xəbərlər
Leyla Əliyeva Şamaxıda "Capybara Azerbaijan" fermasında olub
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Alyona Əliyeva oktyabrın 26-da Şamaxıdakı "Nəsimi Bağları" kompleksində olublar. BAKU.WS xəbər verir ki...