Şuşada tarixi yaşayış binası təmir ediləcək - 1,4 MİLYONLUQ LAYİHƏ
Şuşa şəhərində yerləşən tarixi yaşayış evinin əsaslı təmiri və bərpası ilə bağlı satınalma müsabiqəsi elan edilib.
BAKU.WS-in məlumatına görə, müsabiqə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi tərəfindən keçirilir.
Məlumata görə, Sadıqcan küçəsi, giriş 8 ünvanında yerləşən və "Zərgər Məmmədin evi" kimi tanınan binada genişmiqyaslı bərpa işləri aparılacaq. Layihə çərçivəsində bünövrə və divarların sökülməsi, torpaq qazıntıları, dam örtüyünün və taxta konstruksiyaların demontajı nəzərdə tutulur.
Satınalmanın ehtimal olunan dəyəri 1 milyon 791 min manat təşkil edir.
Layihənin məqsədi Şuşanın tarixi memarlıq irsinin qorunması və abidə xarakterli yaşayış binasının bərpa olunaraq gələcək nəsillərə çatdırılmasıdır.
Oxşar xəbərlər
Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sabah Şirvan şəhərinin, Sabirabad, Saatlı və İmişli rayonlarının bəzi ərazilərində təbii qazın verilişi müvəqqəti dayandırılacaq. BAKU.WS xəbər verir ki. bu bar...