Şuşada "8 Noyabr - Zəfərin təntənəsi" adlı silsilə tədbirlər keçirilir
Yeniliklərdən dərhal xəbərdar olun
44 günlük Vətən müharibəsində əldə edilən Zəfərin 5-ci ildönümü ilə əlaqədar Şuşa şəhərində "8 Noyabr - Zəfərin təntənəsi" adlı silsilə tədbirlər başlayıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, 8 Noyabr - Zəfər Günü münasibətilə şəhər 1 saylı tam orta məktəbində bayram tədbiri keçirilir.
Məktəbin dəhlizində şagirdlərin Zəfər Gününü əks etdirən əl işləri və rəsm əsərləri sərgilənir. Tədbir çərçivəsində məktəblilərin Zəfərə həsr etdikləri şeir kompozisiyası, rəqs və musiqi nömrələri də təqdim olunacaq.
Həmçinin 1 saylı məktəbin şagirdləri və Qarabağ Universiteti tələbələrinin birgə hazırladığı "Səninlə fəxr edirəm" adlı tamaşa göstəriləcək.
Qeyd edək ki, Zəfər Günü ilə əlaqədar tədbirlər Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi ilə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin dəstəyi ilə təşkil olunur.
Qalereya
Oxşar xəbərlər
Şəhid Davud Qurbanovun anası: "Onun iki böyük qardaşı da avtomobil qəzasında həyatını itirib"
Baku TV 44 günlük Vətən müharibəsi şəhidi Davud Qurbanov haqqında reportaj hazırlayıb. Reportajda şəhidin ailə üzvləri və iş yoldaşları onunla bağlı xatirələrin...