Şuşada 7 yaşayış binası tikiləcək - 36,6 milyonluq LAYİHƏ
Şuşa şəhərində genişmiqyaslı tikinti və abadlıq işləri görüləcək.
BAKU.WS-in əldə etdiyi məlumata görə, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi şəhərin D-3 massivində yerləşən ərazidə 2-ci mərhələ üzrə nəzərdə tutulan 7 yeni yaşayış binasının inşası və ərazinin abadlaşdırılması üçün satınalma prosesinə start verib.
Layihənin ehtimal olunan dəyəri 36 milyon 671 min manat təşkil edir.
Satınalma predmetinə yeni yaşayış binalarının tikintisi ilə yanaşı, ərazinin tam abadlaşdırılması işləri də daxildir.
Bu layihə Şuşada aparılan yenidənqurma işlərinin növbəti mərhələsi olmaqla, şəhərin yaşayış fondunun genişləndirilməsinə və müasir standartlara uyğun yaşayış məkanlarının yaradılmasına xidmət edəcək.
Oxşar xəbərlər
Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sabah Şirvan şəhərinin, Sabirabad, Saatlı və İmişli rayonlarının bəzi ərazilərində təbii qazın verilişi müvəqqəti dayandırılacaq. BAKU.WS xəbər verir ki. bu bar...