Şuşada 4 mərtəbəli 8 yaşayış binası tikiləcək - 30 milyonluq LAYİHƏ
Şuşa şəhərində yeni yaşayış binaları inşa olunacaq.
BAKU.WS-in Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsindən əladə etdiyi məlumata görə, D-5 massivində ikinci mərhələ üzrə 8 ədəd dörd mərtəbəli yaşayış binası tikiləcək.
Layihə yaşayış binaları ilə yanaşı xidmətedici və köməkçi təyinatlı obyektlərin, həmçinin abadlıq işlərinin görülməsini də əhatə edir.
Tikinti işlərinin ehtimal olunan dəyəri 30 milyon 103 min manat təşkil edir.
Qeyd edək ki, bu layihə Şuşa şəhərində yaşayış infrastrukturunun mərhələli şəkildə bərpasına və genişləndirilməsinə xidmət edəcək. Layihə əhalinin mənzil təminatını yaxşılaşdırmaqla yanaşı, şəhərdə sosial və məişət xidmətlərinin formalaşmasına da töhfə verəcək. Eyni zamanda, abadlıq işləri Şuşanın ümumi şəhər mühitinin daha müasir və rahat olmasına imkan yaradacaq.
Oxşar xəbərlər
Leyla Əliyeva Şamaxıda "Capybara Azerbaijan" fermasında olub
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Alyona Əliyeva oktyabrın 26-da Şamaxıdakı "Nəsimi Bağları" kompleksində olublar. BAKU.WS xəbər verir ki...