Sürücülərin NƏZƏRİNƏ - Dəyişiklik edildi
Yeniliklərdən dərhal xəbərdar olun
“Nəqliyyat vasitələrinin texniki vəziyyətinə və onların təhlükəsiz hərəkətinin təmin edilməsinə Dövlət Yol Polisinin nəzarəti qaydaları barədə Təlimat”da dəyişiklik edilib.
“Report” xəbər verir ki, daxili işlər naziri Vilayət Eyvazov dəyişiklik barədə müvafiq qərar imzalayıb.
Qərarla nəqliyyat vasitəsinin qanunla müəyyən edilmiş hallarda dövlət texniki baxışı keçirilərkən sürücülərdə dövlət rüsumu ilə yanaşı, “Tullantılar haqqında” qanuna uyğun olaraq müəyyən edilən utilizasiya haqqının da sənədi olmalıdır. Bununla yanaşı, dövlət texniki baxışının həyata keçirilməsi zamanı, dövlət rüsumu ilə yanaşı, utilizasiya haqqı da ödənilməlidir.
Qərar respublika daxili işlər orqanlarında elan edilib və sənədlə bağlı bənd 2024-cü il fevralın 1-dən qüvvəyə minir.
Oxşar xəbərlər
Maşınınızı tullantı kimi satsaz, nə qədər qazanacaqsız?
Hələ ölkə Prezidentinin 2018-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasında yol hərəkəti təhlükəsizliyinə dair 2019-2023-cü illər...