"Formula-1” ilə əlaqədar paytaxtın mərkəzi yollarının bir hissəsi daraldılacaq
Yeniliklərdən dərhal xəbərdar olun
İyunun 4-6-da Bakıda keçiriləcək növbəti "Formula-1" üzrə Azərbaycan Qran-prisinə hazırlıq işləri sürətlə davam edir.
Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) BAKU.WS-ə verilən məlumata görə, görülən hazırlıq işləri ilə əlaqədar olaraq Üzeyir Hacıbəyov küçəsinin Azadlıq prospekti ilə və həmçinin Azadlıq prospektinin Zərifə Əliyeva küçəsi ilə kəsişdiyi yerlərdə yolun hərəkət hissəsi mayın 27-i, gecə saatlarından etibarən sol tərəfdən iki zolaq qədər daraldılacaq.
"Sürücülərdən xahiş olunur ki, hazırlıq işlərinin aparıldığı yerlərdə avtomobillərini parklamasınlar. Göstərilən anlayışa görə əvvəlcədən təşəkkür edirik", - deyə məlumatda bildirilir.
Oxşar xəbərlər
Paytaxtın əksər küçə və prospektlərində tıxac var
Hazırda paytaxtın əksər küçə və prospeklərində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunur. BAKU.WS Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər v...