Sürücülərin NƏZƏRİNƏ: Bakının mərkəzi küçələrindən daha birində avtobus zolağı çəkildi - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Bakının Əbdürrəhim bəy Haqverdiyev küçəsində – İnşaatçılar prospektindən Mətbuat prospektinə qədər hərəkət zolağı təşkil edilib.
Bu barədə BAKU.WS-ə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.
Məlumata görə, həmin yol sahəsində avtobus zolağının tələbinə uyğun nişanlanma xətləri çəkilib və müvafiq yol nişanları quraşdırılır.
"Hər gün Ə.Haqverdiyev küçəsindən 1 123 dəfə avtobus keçir. İctimai nəqliyyat istifadəçilərinin rahat, maneəsiz, əlavə vaxt itkisinə məruz qalmadan daşınmasına şərait yaradan zolaqların əhəmiyyətini nəzərə alaraq hərəkət iştirakçılarına qaydalara riayət etməyə çağırırıq. Avtobus zolaqlarının davamlılığının təmin edilməsi, həmçinin yaşayış məntəqələri və mühüm nəqliyyat dəhlizlərini əhatə edən zəncirvari şəbəkənin qurulması məqsədilə bu işlər digər küçə və prospektlərdə də həyata keçiriləcək", - deyə məlumatda qeyd edilib.
Oxşar xəbərlər
Bakı-Sumqayıt yolunda avtobus zolağı çəkilir - FOTO
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Bakı-Sumqayıt yolunda avtobus zolağı çəkir. Bu barədə AYNA-dan bil...