Sürücülərin NƏZƏRİNƏ: Yollarda buzlanma var!
Magistral yollarda və paytaxtın bir çox küçə və prospektlərində hazırda buzlanma müşahidə edilir.
BAKU.WS xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Hərəkətin Təhlükəsizliyinin Təbliği və İctimai Qurumlarla Əlaqə şöbəsinin rəisi Rövşən Tağıyev bildirib.
"Əziz sürücülər! Yolun hansı hissələrinin daha çox buzlu və ya sürüşkən ola biləcəyini (kölgəli yerlər, körpülər, yamaclar) nəzərə alın. Buzlu yollarda tormoz məsafəsi artır, buna görə də sürəti azaltmaq vacibdir.
Eyni zamanda öndəki avtomobillərlə aranızda məsafəni artırın", - R.Tağıyev qeyd edib.
Oxşar xəbərlər
Paytaxtda bir sıra marşrut avtobuslarının işində ləngimələr yarana bilər - SƏBƏB
Bakıda Şəhər şosesində aidiyyəti qurum tərəfindən aparılan təmir işləri ilə əlaqədar bəzi marşrutların hərəkətində ləngimələr yarana bilər. BAKU.WS xəbər verir...