Sürücülərin NƏZƏRİNƏ: Mühərrik yağları kəskin bahalaşdı
Yaxın Şərqdə baş verənlərlə əlaqədar əvvəlcə 20 faizə qədər artan qiymətlər indi daha 30 faiz yüksəlib.
BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, söhbət ölkəyə idxal edilən avtomobil mühərrik yağlarından gedir.
Bu yağlar qısa müddətdə yenidən kəskin bahalaşıb. Bazarda bəzi məhsullar üzrə qiymət artımı artıq 30 faizə çatır. Mütəxəssislər deyirlər ki, Yaxın Şərqdə baş verən hadisələr və beynəlxalq daşımalarda yaranan çətinliklər qiymətlərə birbaşa təsir göstərir.
Ekspert Aftil Əliyev deyir ki, bahalaşma yalnız avropamənşəli məhsullarda müşahidə edilmir, Rusiya istehsalı olan mühərrik yağlarında da qiymət artımı var.
Mütəxəssis bildirir ki, bölgədə vəziyyət sabitləşməzsə, qarşıdakı aylarda yeni qiymət artımları da istisina edilmir.
Oxşar xəbərlər
Vüqar Oruc: "Mənzillərin sahəsi vahid metodologiya əsasında hesablanmalıdır"
Ali Məhkəmənin mənzillərin sahəsinin hesablanması ilə bağlı hüquqi mövqeyi daşınmaz əmlak bazarında uzun illərdir müzakirə olunan mühüm məsələlərdən birinə aydı...