Sürücülərin DİQQƏTİNƏ - Yeni quraşdırılan radar bu məsafədən CƏRİMƏLƏYƏCƏK

Ölkə ərazisinə gətirilən yeni radarı digərlərindən fərqləndirən bir çox funksiyaları var.
BAKU.WS xəbər verir ki, yeni radarın təkcə yuxarı hissəsində deyil, sütun hissəsində də bir neçə kamera quraşdırılıb.
Nəqliyyat eksperti Elməddin Muradlı arb-yə bildirib ki, yeni radar ərazi təhlil edildikdən sonra quraşdırılıb: "Çünki radar bağlı qurğudur və onu hər küçəyə quraşdırmaq olmaz. Sürücülərin qayda pozmağa çox meyilli olduğu yerlərə quraşdırılır".
Qeyd edək ki, yeni nəsil radar həm DYP əməkdaşları, həm də sürücülərin işini asanlaşdıracaq. Bundan sonra sürücülər sürət həddini aşa bilməyəcək və bununla da qəzaların qarşısı alınmış olacaq.
Ətraflı videoda izləyə bilərsiniz:
Oxşar xəbərlər
DYP yollarda gizli radarların quraşdırılması iddiasına münasibət bildirib
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) sürücülərə müraciət edib. İdarədən BAKU.WS-ə verilən məlumatda deyilir: Bəzi şəxlər sosial şəbəkələrdə və internet saytlar...
